Bakıda silah-sursat tapılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. “Təmiz şəhər” ASC-nin əməkdaşları Balaxanı məişət tullantıları poliqonunun ərazisindən 1 ədəd “Baykal MP 654 K” markalı pnevmatik tapança, 1 ədəd süngü bıçaq, 1 ədəd “F-1” qumbarası, 1 patron darağı, 37 ədəd müxtəlif çaplı patron və 2 ədəd alışdırıcı tapıblar və təhvil veriblər.
Balaxanı zibilxanasından silah-sursat tapıldı
782