Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb
08 yanvar 2016 11:09 (UTC +04:00)

Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb

0

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Lent.az Report-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar