Bakının məşhur restoranı yandı - <span style="color:red;">YENİLƏNİB
29 may 2014 16:28 (UTC +04:00)

Bakının məşhur restoranı yandı - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, ümumi sahəsi 420 kv/m olan restoranda baş verən yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

 

Yanğın nəticəsində restoranın 260 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

***

15.33

Binəqədi rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, Cəfər Xəndan küçəsində yerləşən restoranda açıq alovla müşahidə edilən güclü yanğın davam edir. Hadisə yerinə digər rayonlardan da canlı qüvvə və texnika cəlb edilib. Xəsarət alanın olub-olmadığı hələlik məlum deyil.

 

 

 

*****

 

15:29

 

Bu gün günorta saatlarında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən restoranda güclü yanğın başlayıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 7-ci mikrorayondakı “Meşəbəyi” restoranında güclü yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

 

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 18211

Oxşar yazılar