Bakının mərkəzində ürək dağlayan insan mənzərəsi
07 may 2013 10:33 (UTC +04:00)

Bakının mərkəzində ürək dağlayan insan mənzərəsi

Aprelin 29-da Bakının Nəsimi rayonu ərazisində faciəvi şəkildə ölən 13 yaşlı Sunay Məmmədovanın ailəsi onun itkisi ilə hələ də barışa bilmir. 16-cı mərtəbədən yıxılaraq faciəvi şəkildə ölən 13 yaşlı qızın düşdüyü yerdə yaxınları onun fotolarını qoyub, düşdüyü yerə qırmızı qərənfillər düzülüb, əklillər gətirilib. Hər gün 28 May küçəsində, Səməd Vurğun bağının yaxınlığından keçən insanlar sual dolu baxışlarla bu mənzərəyə baxır, köks ötürürlər. Ölümü ilə ailəsinə ağır zərbə vuran, geridə çoxlu suallar qoyan 13 yaşlı Sunay isə fotolardan nikbin bir təbəssümlə baxır.

 

Qeyd edək ki, 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən yıxılan 13 yaşlı Sunay Məmmədova həm də musiqi həvəskarı olub, o peşəkar səviyyədə bu işlə məşğul olurmuş. Bir neçə gün əvvəl isə Sunayın pianonun müşayəti ilə mahnı ifa etməsinin görüntüləri yayılmışdı.

 

Onu da qeyd edək ki, S. Məmmədova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızıdır. Onun ölümü faktı əsasında Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5942
avatar

Nizam Rza

Oxşar yazılar