Bakıda qanunsuz silah saxlayan və gəzdirən iki nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Muxtarovdan nömrəsi silinmiş “AKMS” silahı və 5 ədəd avtomat patronu götürülüb. Bundan başqa Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirabdulla Salayevdən nömrəsi silinmiş “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.
Hər iki şəxs ətrafında əlavə araşdırmalar aparılır.