Bakının mərkəzində səfirlik avtomobili qəzaya düşdü
23 fevral 2018 10:09 (UTC +04:00)

Bakının mərkəzində səfirlik avtomobili qəzaya düşdü

 

Bakıda səfirlik avtomobili qəzaya düşüb. Lent.az xəbər verir ki, Neftçilər prospekti 87 ünvanının qarşısında Namiq Vəliyevin idarə etdiyi "QazEl" ilə İran İslam Respublikası səfirliyinə məxsus "Mercedes" markalı, 003 D 002 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Nəticədə səfirlik avtomobilinə müəyyən qədər ziyan dəyib.

 

Qəzaya düşən səfirlik avtomobilini səfirliyin əməkdaşı Rəsul Səadəti idarə edirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar