Bakının mərkəzində orta yaşlı kişinin meyiti tapılıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, meyit İstiqlaliyyət küçəsi 5 ünvanının qarşısında (metronun “İçərişəhər” stansiyasının yaxınlığı) aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Azadlıq prospekti 60 ünvanında yaşamış, 1961-ci il təvəllüdlü Zalataryov Valeriy Konstantinoviçdir. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Meyit ekspertizaya göndərilib.