Bakıda avtomobilin vurub öldürdüyü qadının kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, dünən saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini 61 yaşlı Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
*****
9:56
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, metronun "Nərimanov" stansiyasının yaxınlığında - Ağa Nemətulla küçəsində "Toyota Prado" markalı, 90 HG 699 dövlət qeydiyyat nişanlı avtomobil yolu küçməyə çalışan 55-60 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.