Bakının mərkəzində cinayət törətmiş 4 nəfər tutuldu
04 sentyabr 2015 11:22 (UTC +04:00)

Bakının mərkəzində cinayət törətmiş 4 nəfər tutuldu

0

Səbail RPİ-39-cu PB əməkdaşları 4 nəfəri saxlayıb. Lent.az Bakışəhər Baş Polis İdarəsinə istinadən xəbər verirki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də Neftçilər prospektində ayırı-ayırı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonunları soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar. Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar