Bakıdakı qanlı olayın təfərrüatları – ŞAİR-BİZNESMEN-SEKSUAL MANYAK
29 may 2013 12:04 (UTC +04:00)

Bakıdakı qanlı olayın təfərrüatları – ŞAİR-BİZNESMEN-SEKSUAL MANYAK

Bakıda törədilmiş sifarişli qətl hadisəsi ilə bağlı inanılmaz məqamlar ortaya çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilmiş paytaxt sakini, 1976-cı il təvəllüdlü Həqzadə Mirəli Vəkilağa oğlu həm də şair olub. Onun öldürülməsinə səbəb isə seksual manyaklığı olub.

 

Lent.az-ın məlumatına görə, M.Həqzadə Bakıda nəinki bir neçə qızı, hətta yeniyetmə oğlanları da zorlayıb. Onun cinsi əlaqədə olduğu oğlanlardan biri isə sonradan intihar edib.

 

Bundan başqa, M.Həqzadə barəsində Bakı şəhərinin Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən də bir neçə il əvvəl cinayət işi başlanılıb. Səbəb isə M.Həqzadənin özünə məxsus olan və icarəyə verdiyi gözəllik salonunda işləyən qadını zorlaması olub. Bildirilir ki, həyat yoldaşı xaricdə olan qadına iş verən M.Həqzadə daha sonra onu zorlamaq qərarına gəlib və bu çirkin əməlini həyata keçirib.

 

Ən dəhşətli məqamlardan biri isə M.Həqzadənin qeyri-rəsmi nikahda yaşadığı qadına etdikləri olub. O qeyri-rəsmi nikah münasibətində yaşadığı qadını məcburi şəkildə başqa kişilərlə görüşdürürmüş. Özü isə kənardan bu “tamaşa”nı seyr edirmiş. Onun öz qadını ilə görüşdürdüyü kişilər arasında yaxın qohumlarının da olduğu qeyd edilir.

 

Məlum qətl hadisəsinə gəlincə, M.Həqzadənin tanışı Aydın Rüstəmov onu qisas məqsədi ilə qətlə yetirdib. A.Rüstəmov iş ortağı olan M.Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olmasını öyrənib. Bundan sonra araşdırmalar aparan A.Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və M.Həqzadəni rüsvay etmək qərarına gəlib. O, tanışı Şahvələd İmanova külli miqdarda pul verəcəyini deyib və tapşırıb ki, M.Həqzadəni insan içinə çıxa bilməyəcək formada rüsvay etsin. Ş.İmanov da öz növbəsində M.Həqzadənin üzünə çoxsaylı xəsarətlər (şramlar) atmaqla əməlini həyata keçirmək istəyib. Yəni bu məqamdan, eləcə də M.Həqzadəyə yetirilmiş 20-dən çox xəsarətdən yalnız birinin ciddi olması da bu iddianı gücləndirir. Bildirilir ki, bıçaq xəsarətlərinin çoxu M.Həqzadənin sifət və boyun nahiyəsinə yetirilib. Çoxlu qan itirən M.Həqzadə bir neçə gün xəstəxanada müalicə edilsə də, ölüb. 

 

Qeyd edək ki, hadisə mayın 16-da Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında baş verib. “Şəms” MMC-nin baş direktoru olan M.Həqzadəyə həmin ərazidə hücum edilib. Bakı Şəhər Prokurorluğunun fatla əlaqədar yaydığıməlumatda qeyd edilir ki, Həqzadə Mirəli Vəkilağa oğluna mayın 16-da Nəsimi rayonu ərazisində çoxsaylı bıçaq xəsarətləri yetirilməsi və mayın 18-də aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, M.Həqzadənin tanışı Aydın Rüstəmovla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar sonuncu qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək üçün tanışı Şahvələd İmanovla cinayət əlaqəsinə girərək sonuncuya 70 min manat verəcəyini vəd etməklə M.Həqzadəni öldürməsini sifariş edib. Ş.İmanov aldığı sifariş əsasında mütəmadi olaraq M.Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb və mayın 16-da sonuncu idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yaşadığı evin həyətinə gələrkən onun üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən M.Həqzadəyə göstərilmiş tibbi yardıma baxmayaraq o, aldığı ağır bədən xəsarətlərindən orada ölüb. Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Rüstəmov və Ş.İmanov tutularaq istintaqa cəlb olunub, A.Rüstəmovun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.1-ci, Ş.İmanovun əməli isə həmin məcəllənin 120.2.1, 120.2.5, 120.2.10-cu maddələrinə tövsif edilərək, onlara qeyd olunan maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Tutularkən Ş.İmanovdan 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb. 

 

Hazırda iş üzrə Bakı şəhər Prokurorluğunda istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11442
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda 50 yaşlı kişi gecəyarı avtomobil oğurladı

Bakıda 50 yaşlı kişi gecəyarı avtomobil oğurladı

5 dekabr 2024 , 19:33
Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

5 dekabr 2024 , 16:05
4 nəfəri aldadıb  kartına pul köçürən Bakı sakini tutuldu

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

5 dekabr 2024 , 15:52
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

5 dekabr 2024 , 13:46
Qaçaqmalçı Şaxta baba  axtarışa verildi

Qaçaqmalçı Şaxta baba axtarışa verildi

5 dekabr 2024 , 13:29
Rüfət Səfərovun həbsinin  YENİ DETALLARI

Rüfət Səfərovun həbsinin YENİ DETALLARI

5 dekabr 2024 , 13:19
Kişi evə ayaqqabı ilə girən  təcili yardım həkimlərini döydü

Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini döydü

5 dekabr 2024 , 13:03
Fazil Qasımovun məhkəməsi başladı

Fazil Qasımovun məhkəməsi başladı

5 dekabr 2024 , 13:00