Bakıda baş vermiş quldurluq hadisəsinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50000 manat aparmış Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulub.
Araşdırmalar davam etdirilir.