Bakıda yol qəzası: 2 avtobus toqquşdu
23 sentyabr 2013 14:44 (UTC +04:00)

Bakıda yol qəzası: 2 avtobus toqquşdu

Bakıda daha bir avtobus qəzası baş verib.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

 

100 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu ilə 21 nömrəli xətt üzrə hərəkət edən  “DAEWOO” markalı sərnişin avtobusu toqquşub.

 

Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus “HYUNDAİ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 nömrəli sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Xəsarət alan hər iki sərnişin hadisə yerinə gələn təcili yardım avtomobilində tibbi yardım göstərilərək evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532
avatar

Oxşar yazılar