Bakıda yol polisini bıçaqlayan şəxs tutulub
18 sentyabr 2013 12:52 (UTC +04:00)

Bakıda yol polisini bıçaqlayan şəxs tutulub

Bakıda yol polisini bıçaqlayan şəxs tutulub. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Rantiq Məmmədovu bıçaqlayan 1994-cü il təvəllüdlü Elvin Arzu oğlu Mirzəyev tutulub.

 

 

Qeyd edək ki, hadisə sentyabrın 16-da Səməd Vurğun küçəsində qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı R.Məmmədov xidmətdə olarkən adı hələlik istintaqa məlum olmayan sürücü tərəfindən bıçaqlanıb. Baş nahiyəsindən bıçaq xəsarəti alan R.Məmmədov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

 

 

# 1343
avatar

Oxşar yazılar