Bakının girişindəki məşhur restoran yandı
Dünə Bakının cənub girişində - dəniz sahilində yerləşən böyük restoranlardan birində yanğın olub. Lent.az-ın məlumatına görə, səhər saatlarında Bibiheybət qəsəbəsi, Salyan yolu ünvanında, «Şıx» çimərlik zonasında yerləşən, vətəndaş Quliyev Səlim Xanlar oğluna məxsus «Dostluq» İstirahət Mərkəzinin ümumi sahəsi 1000 kv.metr olan kafesinin 250 kv.metr sahəsi yanıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
xxxx
31 dekabr
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeməkxanaya bitişik ümumi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunub.
Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.