Bakıda yatmış adama görə əməliyyat keçirildi
25 may 2014 10:42 (UTC +04:00)

Bakıda yatmış adama görə əməliyyat keçirildi

Mayın 25-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

 

Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin eyvanına qalxaraq içəri daxil olub və və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 03:16-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar