Bakıda yaşayış evində yanğın olub.
APA-nın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Yanğın nəticəsində evdə olan 3 azyaşlı uşaq xəsarət alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, yanğın nəticəsində xəsarət alan azyaşlılardan biri, 4 yaşlı Fəxrəndə Nəbiyevanın vəziyyəti ağır olduğundan o xəstəxanaya yerləşdirilib. Digərlərinə isə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.