Bakıda vətəndaşlara "pul atan" şəxslər ələ keçdi
11 iyul 2017 11:41 (UTC +04:00)

Bakıda vətəndaşlara "pul atan" şəxslər ələ keçdi

Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxslər ələ keçib.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar