Bakıda velosipedçi avtomobilə çırpılıb
30 avqust 2019 22:55 (UTC +04:00)

Bakıda velosipedçi avtomobilə çırpılıb

0

 

Bakının Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Bakıxanov qəsəbəsində 26 yaşlı Bayramlı Orxan İntiqam oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə gedən "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Nəticədə O.Bayramlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar