Bakıda döyülən şəxs öldü
01 mart 2017 10:54 (UTC +04:00)

Bakıda döyülən şəxs öldü

0

 

Fevralın 10-da Bakının Hövsan qəsəbəsində yaşadığı mənzildə naməlum şəxslər tərəfindən döyülən 72 yaşlı kişi xəstəxanada ölüb. Lent.az xəbər verir ki, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu xəsarətlər səbəbindən həyatını itirib.

 

Qeyd edək ki, həmin vaxt naməlum şəxslər Yavər Əliyevin evdə tək olmasından istifadə edərək, quldurluq yolu ilə mənzilə daxil olublar və ondan pul, qızıl tələb ediblər.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar