Bakıda Ukrayna vətəndaşını maşın vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 17-də saat 21.00 radələrində Buzovna qəsəbəsinin ərazisində qeydə alınıb. İlkin Bədəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ukrayna vətəndaşı Valentina Zeynalovanı vurub.
Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən V.Zeynalova orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.