Bakıda üçotaqlı ev və tikilməkdə olan obyekt yanıb
06 dekabr 2015 21:41 (UTC +04:00)

Bakıda üçotaqlı ev və tikilməkdə olan obyekt yanıb

0

Bakıda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus tikintisi başa çatmayan obyektin ərazisində bir-birinə bitişik tikilmiş ümumi sahəsi 22 kv.m olan 2 ədəd dəmirdən ibarət otağının taxta üzlüyü və içərisinə yığılmış əşyalar 12 kv.m sahədə yanıb. Digər bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 13:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bundan başqa Binəqədi rayonunda bir vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin andulindən ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. Evlərin qalan hissələri və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar