Türkmənistan vətəndaşı Bakıda kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməkdə günahlandırılır.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkmənistan vətəndaşı Enejan Bayramdurduyevanın gəlir əldə etmək məqsədi ilə paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.