Bakıda turist ölümcül hala düşdü – ÇOXLU İÇKİ QƏBUL EDİB
30 may 2018 10:15 (UTC +04:00)

Bakıda turist ölümcül hala düşdü – ÇOXLU İÇKİ QƏBUL EDİB

Bakıda Almaniya vətəndaşı olan turist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lent.az xəbər verir ki, İran əsilli, 1980-ci il təvəllüdlü Kərimi Əmir Abrus oğlu zəhərlənmə diaqnozu ilə 3 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Vəziyyəti çox ağır olduğundan o Klniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

 

Bildirilir ki, Bakıya turist kimi gələn Əmir Kərimi Nizami küçəsindəki hosteldə qalır. O, çoxlu içki qəbul etdiyi üçün halı pisləşib.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Nizam Rza

Oxşar yazılar