Bakıda sürücüyə qarşı quldurluq edənlər saxlanıldı
28 avqust 2019 11:26 (UTC +04:00)

Bakıda sürücüyə qarşı quldurluq edənlər saxlanıldı

0
Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edərək həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu aldığını bildirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
 
Faktla bağlı Binəqədi payon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 867

Oxşar yazılar