Fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olan 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.