Sentyabrın 18-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində su kanalından naməlum qadın meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 25-30 yaşlı qadının üzərində hər-hansı zorakılıq əlaməti olmayıb.
Şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayın qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, və ya Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə (012-452-02-02) məlumat vermələri xahiş olunur.
Qadının hansı şəraitdə kanala düşməsi və ölməsi ilə bağlı araşdırmalar aparılır.