Ötən axşam saat 21:20 radələrində Bakının Nəsimi rayonu ərazisində 4-cü mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb.
Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən bildirilib. 5-ci m/r, A.Məhərrəmov küçəsi, ev 5 ünvanında yaşayan 2 yaş 6 aylıq Ramin Rəsulov 4-cü mərtəbədən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan körpə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.
İlkin araşdırmalar zamanı uşağın ehtiyatsızlıqdan yıxıldığı məlum olub. Faktla bağlı araşdırmalar aparılır.