Bakıda səfirlik avtomobili qəzaya uğradı
13 fevral 2014 16:05 (UTC +04:00)

Bakıda səfirlik avtomobili qəzaya uğradı

Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İ.Nəbiyev küçəsi 2 ünvanının qarşısında Norveçin Azərbaycandakı səfirliyinə məxsus olan avtomobil digər maşınla toqquşub. Səfirliyin əməkdaşı, 1988-ci il təvəllüdlü Cavadov Zaur Fazil oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı xidməti avtomobil 1992-ci il təvəllüdlü Salahlı Araz Vurğun oğlunun sürdüyü “Hyundai” ilə toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

 

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar