Bakıda saxta pul istehsalı ilə məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən, Hacı Zalıyevə məxsus əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əskinazla edib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ödənişi edən, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov bir gün sonra tutulub.
Onun Nizami rayonu, E.Süleymanov küçəsindəki yaşadığı mənzilə baxış keçirilərkən saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və 12 ədəd saxta 100 manatlıq əskinaz aşkar edilərək götürülüb.