Bakıda qətlə yetirilmiş şəxs inzibati həbsdə imiş
14 avqust 2013 10:53 (UTC +04:00)

Bakıda qətlə yetirilmiş şəxs inzibati həbsdə imiş

Avqustun 10-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində qətlə yetirilmiş kişinin şəxsiyyəti müəyyənləşib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsindəki “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında çənə sümüyünün sınığı, qabırğa nahiyəsində 2 bıçaq xəsarəti olan meyitin 1975-ci il təvəllüdlü İsmayılov Nazim Həsən oğluna məxsus olması müəyyən edilib.

 

Məlum olub ki, N.İsmayılov 8 il müddətində həbsdə olub. Məhkəmənin qərarı ilə onun cəzası bir müddət əvvəl inzibati həbslə əvəzlənib.

 

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Nizam Rza

Oxşar yazılar