Maşından meyit tapıldı
10 iyun 2019 14:43 (UTC +04:00)

Maşından meyit tapıldı

0
İyunun 7-də  Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçiriblər. 
 
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar