<b>Bakıda yaşlı qadınlara qənim kəsilən narkoman <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
21 iyun 2016 12:52 (UTC +04:00)

Bakıda yaşlı qadınlara qənim kəsilən narkoman MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı quldurluqda təqsirləndirilən Əli Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində Şəhla Hüseynova dindirilib. O, ifadəsində Hövsan qəsəbəsində həkim işlədiyini bildirib: “Həmin gün işdən çıxıb evə gəlirdim. Birinci mərtəbəni qalxırdım ki, sanki elektrik cərayanı vurdu. Yerə yıxıldım. Huşum istməsə də, hər yeri alaqaranlıq görürdüm. Bir oğlanı gözüm seçdi. Amma üzü tam aydın deyildi. Xahiş elədim ki, mənə kömək eləsin. İkinci dəfə məni elektrik cərayanı vurdu. Huşum getdi. 15-20 dəqiqə sonra qonşunun oğlu məni görüb. Təcili yardım çağırıb. Bir neçə gün xəstəxanada yatmışam. Həmin bu cinayətkar başıma vurub, bahalı saatımı, boyunbağımı və çantamı aparıb. Yaxşı ki, qonşunun evinin qarşında kamera var. Həmin hadisə kameraya düşüb. Polisə məlumat verdik. Araşdırdılar. Hadisənin törədən şəxsi tutdular. Qızıl boyunbağımı və saatımı qaytarıblar. Yalnız çantamda olan əşyalarım, mobil telefonum hələdə tapılmayıb. Şikayətçiyəm, səhhətimdə problemlərim hələ də var”.

Digər bir zərərçəkən Zaya Hüseynova ifadəsində bildirib ki, müəllim işləyir: “Həmin günü qızımgilə gəlirdim. Bloka qalxan zaman məni vurdu. Yerə yıxıldım. 20 manat pulum, qızıl-zinnət əşyam və digər əşyalarımı götürüb. Özümü bir təhər blokun qabağına atdım. Bir kişi mənə köməklik edib, binanın altında olan aptekə çatdırdı. İlkin yardım edildi və təcili yardım çağırıldı. Sabunçu xəstəxanasında əməliyyat keçirdim. Səhhətim çox pisdi. Əvvəllər universitetlərə uşaq hazırlayırdım. İndi səhhətim buna imkan vermir. Şikayətçiyəm”.

 

Təqsirləndirilən şəxs hər iki zərərçəkənin dediklərinin doğru olduğunu bildirib.

 

Hakim bildirib ki, cinayət işi üzrə daha iki zərərçəkən qadın, iki şahid var. Onların gələn proses məhkəməyə gəlməsini təmin oluncağını bildirib.

 

 

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

 

 

 

Qeyd edək ki, Bakıda qadınlara qarşı çoxsaylı quldurluq əməllərində şübhəli bilinən şəxs tutulub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Məlikov saxlanılıb.

 

O, Bakı şəhərinin Nizami, Xətai və Sabunçu rayonlarında qadınlara qarşı zor tətbiq etməklə quldurluq hadisələri törətməkdə təqsirli bilinir.

 

Məlum olub ki, Əli Məlikov paytaxtın müxtəlif yerlərində əsasən yaşlı qadınları müəyyən edərək onları izləyib. O, insanların az olduğu yerlərdə, o cümlədən yaşayış binalarının dəhlizlərində əvvəlcədən hazırladığı və üzərində gəzdirdiyi küt alətlə qadınların baş və boyun nahiyələrinə xəsarət yetirərək öz cinayət əməllərini həyata keçirib.

 

Müəyyən edilib ki, Əli Məlikov bu ilin iyul ayı ərzində Nizami rayonu ərazisində paytaxt sakinləri Xanımqız Əhmədova, Aişə İsmayılova, Zemfira Ağabəyova və Şəhla Hüseynovaya xəsarət yetirərək, onların üzərində olan pul, mobil telefon və qızıl-zinət əşyalarını qarət edib.

 

Cinayətkar əməllərini Xətai və Sabunçu rayonlarında da davam etdirən Əli Məlikov eyni üsulla Gülümzər Həmzəyeva və Elmira Hüseynovaya da hücum edib və onlara maddi ziyan vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Əli Məlikov quldurluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif zərgərlik dükanlarına satıb, pul əldə edərək narkotik vasitələrə olan tələbatını ödəyib.

 

Qeyd edək ki, Əli Məlikov əvvəllər Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), və 234-cü (qanunsuz olaraq narkotik vasitələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 91
avatar

Səlcuq Elçin

Oxşar yazılar