Bakıda qadının evinə basqın edib onu bıçaqlayanlar tutuldu
05 noyabr 2015 10:28 (UTC +04:00)

Bakıda qadının evinə basqın edib onu bıçaqlayanlar tutuldu

0

Bakıda quldurluq əməli törətmiş 2 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ CAŞ və 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib. Beləliklə, Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutularaq istintaqa təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar