Bakıda intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dünən saat 17 Biləcəri sakini, 1962-ci il təvəllüdlü Kamilə Məmmədova özünü yaşadığı evdə asaraq intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.