Bakıda qadın müəllim banka hücum edib şüşələri sındırdı - <span style="color:red;">YENİLƏNİB
31 yanvar 2017 12:47 (UTC +04:00)

Bakıda qadın müəllim banka hücum edib şüşələri sındırdı - YENİLƏNİB

 

Bakıda qadının bankın şüşələrini sındırması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Qarayevanın orta məktəb müəllimi olduğu üzə çıxıb.

 

Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub.

 

Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.

 

Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır.

 

*****

 

11:07

 

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

 

Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

 

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Nizam Rza

Oxşar yazılar