Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 245 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi Əhmədova Qənimət İmran qızının döyülməsi ilə bağlı İdarəyə heç bir məlumat daxil olmayıb. Ancaq 245 nömrəli məktəbdə fəaliyyət göstərən Əhmədova Qənimət İmran qızının şagirdə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə valideyn şikayəti daxil olub. Bu barədə BŞTİ-nin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb.
BŞTİ-dən o da bildirilib ki, hazırda hüquq mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər sözü gedən müəllim müvəqqəti işdən kənarlaşdırılıb.
***
14:52
Bakıda orta məktəblərdən birində insident baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Cavanşir küçəsindəki 245 saylı orta məktəbdə çalışan müəllim, 1962-ci il təvəllüdlü Əhmədova Qənimət İmran qızı işlədiyi məktəbdə Tamara adlı şəxs tərəfindən döyülüb.
54 yaşlı müəllim məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
***
245 saylı orta məktəbdən təhsil müəssisəsində belə bir insidentin baş verdiyini təsdiqləyiblər. Məktəbin tədris işləri üzrə direktor müavini Lent.az-a bildirib ki, direktor yerində olmadığı üçün bu hadisə ilə bağlı ətraflı məlumat verə bilməyəcək.