Bakıda atasının qanını tökən oğul yaxalandı - <span style="color:red;">YENİLƏNİB
26 fevral 2015 11:38 (UTC +04:00)

Bakıda atasının qanını tökən oğul yaxalandı - YENİLƏNİB

Bakıda atasını bıçaqlayan 20 yaşlıoğlan tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də saat 19 radələrində Y.Mürsəlov küçəsində sərxoş vəziyyətdə atası, 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov tutulub. 

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

07:34

 

Bakıda oğul atasını bıçaqlayıb.

 

APA-nın məlumatına görə, 57 yaşlı paytaxt sakini Sadıxov Elman Ağaverdi oğlu  çoxsaylı bıçaq xəsarətləri ilə  1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb.

 

Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb. Polislər tərəfindən saxlanılan Kamil Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

 

Hadisəni Səbail Rayon Polis İdarəsi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar