Bu gün Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 kvadrat metr olan ofisin mətbəxində 1 ədəd aspirator və şkaf yanıb. Ofis yanğından mühafizə olunub.
Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.