Bakıda növbəti ana və uşaq ölümü
01 sentyabr 2015 16:29 (UTC +04:00)

Bakıda növbəti ana və uşaq ölümü

0

Bakıda ana və uşaq ölümü baş verib. APA-nın məlumatına görə, hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.

 

Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

 

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar