Bakıda naməlum kişi meyiti tapıldı - FOTO
12 iyul 2013 16:04 (UTC +04:00)

Bakıda naməlum kişi meyiti tapıldı - FOTO

 

Bakıda naməlum kişi meyiti tapılıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Təcilli Yardım Məntəqəsinin yaxınlığında yol kənarında 35-40 yaşlarında naməlum kişi meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub.

 

Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb.

 

Meyitə ilkin baxış keçirən ekspertlər onun üzərində zorakılıq əlamətləri aşkar etməyiblər. Meyit müayinə üçün ekspertizaya göndərilib.

 

Polisdən APA-ya meyitin fotoları da təqdim edilib. Şəkildəki şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə (012 455 4432) məlumat vermələri xahiş olunur. 

 

 

# 1477
avatar

Oxşar yazılar