Müğənnini qətlə yetirən yeniyetmə həbs edilib - YENİLƏNİB
12 iyul 2013 14:38 (UTC +04:00)

Müğənnini qətlə yetirən yeniyetmə həbs edilib - YENİLƏNİB

 Bakıda müğənnini qətlə yetirən şəxs həbs edilib.

 

 Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində 26 yaşlı Samir Mustafayevin 16 yaşlı Aydın Azər oğlu Orucov tərəfindən bıçaqlandığı məlum olub. A. Orucov tutularaq istintaqa təhvil verilib.

 

Baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

14.37.

 

 

Bakıda naməlum kişi qətlə yetirilib. Nəsimi Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən BMW servisin qarşısında qeydə alınıb.

Döş və kürək nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan 30-35 yaşlı naməlum kişi ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Nəsimi Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, araşdırmalar zamanı  qətlə yetirilən şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

 

Polisdən bildirilib ki, S. Mustafayev müğənni olub.

 

Polisdən artıq qətli törədən şəxsin kimliyinin müəyyənləşdiyi də deyilib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.

# 8852
avatar

Oxşar yazılar