Bakıda motosikletlə gənc qızı vurub qaçdılar
07 may 2015 16:29 (UTC +04:00)

Bakıda motosikletlə gənc qızı vurub qaçdılar

0

Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsi 7 ünvanının qarşısında naməlum sürücü tərəfindən idarə edilən və nömrəsi dəqiqləşməmiş motosiklet 1991-ci il təvəllüdlü Məlikova Aygün Ələkbərovanı vurub. Motosiklet dərhal hadisə yerindən uzaqlaşıb.

 

Qapalı kəllə-beyin travması və baldırın əzilməsi xəsarətləri alan 24 yaşlı A.Məlikova 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Hazırda yol qəzasını törədən motosiklet və sürücüsü axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 193

Oxşar yazılar