Onun keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib
Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın kemiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb.
G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.
Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov,17 ünvanının qarşısındadır.
G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saytın yazdığı digər bir xəbərdə isə bildirilib ki, Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub. M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.
Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.
Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.