Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi rayonun Qanlı gölün qərb sahili, ev 75 ünvanında qeydə alınıb.
Fazil Yolçu oğlunun mənzilindən ötən gün saat 09:00-dan 17:00-a qədər evdə olmadığı müddətdə açar seçmə yolu ilə 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.