Bakıda mənzildən 40 min dollarlıq saat oğurlandı
12 noyabr 2015 10:27 (UTC +04:00)

Bakıda mənzildən 40 min dollarlıq saat oğurlandı

0
Bakıda mənzildən külli miqdarda pul və bahalı saat oğurlanıb. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, İzmir küçəsi bina 5A, mənzil 32-də baş verib.
 
Həmin mənzildə yaşayan 46 yaşlı İsa Qəmbər oğlu Namazov polisə müraciət edərək bildirib ki, evdən 10 min manat, 19 min dollar və dəyəri 40 min dollar olan "A.Long-Söhne" markalı qol saatı oğurlanıb. Şikayətçi əlavə edib ki, noyabrın 6-dan 7-si günortayadək evdə olmayıb və oğurluq da həmin vaxt ərzində törədilib.
 
Müraciət əsasında araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar