Dəhşətli hadisədə ölən ana və qızı Xalq artistinin yaxın qohumu imiş - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 14:49 (UTC +04:00)

Dəhşətli hadisədə ölən ana və qızı Xalq artistinin yaxın qohumu imiş - YENİLƏNİB

0

Şənbə günü Bakıda baş vermiş dəhşətli hadisə zamanı ölən ana və qızı Xalq artisti Ağaxan Abdullayevin yaxın qohumu imiş. Lent.az-ın məlumatına görə, Türkan qəsəbəsində evdə baş vermiş yanğın zamanı tüstüdən boğularaq ölən 50 yaşlı Təravət Abdullayeva Xalq artisti Ağaxan Abdullayevin qardaşı Elxan Abdullayevin həyat yoldaşı, 20 yaşlı Samirə də onun qızı olub.

 

 

Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

******

 

01.03.2014 / 11:48

 

 

 

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş dəhşətli yanğın hadisəsi zamanı həlak olan ana və qızının adı məlum olub. Lent.az-ın məlumatına görə, Türkan qəsəbəsində 1964-cü il təvəllüdlü Abdullayeva Təravət Zülxan qızı və onun 20 yaşlı qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüb.

 

 

İlkin məlumata görə, evdəki elektrik isidicisinin cərəyan ötürücüsündəki nasazlıq səbəbindən naqil əriməyə başlayıb. Naqildən başlayan yanğın döşəmədəki xalçaya keçib və otağı tüstü bürüyüb. Bu zaman yatmış vəziyyətdə olan ana və qızı kəskin qoxuya oyansa da, artıq gec olub. S.İbrahimova sürünə sürünə-qapıya tərəf gedib, lakin bayıra çıxmağa müvəffəq ola bilməyib. Ana və qızı hadisə yerindəcə boğularaq ölüb.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, aiə başçısı Elxan Abdullayev neft mədədinində işləyirvə gecə iş başında olub. Onun oğlu isə gecələr mədəniyyət evində gözətçi işləyirmiş və saat 02 radələrində evə qayıdarkən pəncərədən tüstü çıxdığını görüb. O, qapını döyüb, lakin buna reaksiya gəlməyib. daha sonra qapını sındırıb içəri daxil olan gənc oğlan anasının və bacısının tüstüdən boğularaq öldüyünü görüb.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

*****

 

10:03

Bakıda mənzil yandı, 2 nəfər öldü

 

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m  olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Belə ki Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7201

Oxşar yazılar