Bakıda maşında yanaraq ölən şəxslərdən biri polis imiş
11 mart 2013 18:43 (UTC +04:00)

Bakıda maşında yanaraq ölən şəxslərdən biri polis imiş

Martın 11-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada ölənlərdən biri polis əməkdaşı imiş. Lent.az-ın məlumatına görə, “Toyota Camry” markalı 90 XL 023 dövlət nömrə nişanlı avtomobilin Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında tikinti sahəsindəki quyuya düşməsi və yanması nəticəsində ölən 1984-cü il təvəllüdlü Quliyev Heydər Balabəy oğlu Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub. Onunla birgə dostu 1985-ci il təvəllüdlü Tural Abdullayev də qəzaya uğramış avtomobildə yanaraq ölüb.
 

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə martın 11-də gecə Bakı şəhəri, Nizami rayonunda "Toyota" markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış dərəyə düşməsi barədə məlumat daxil olub. Nəticədə avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xitmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Faktla əlaqədar Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2764

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15