Bakıda mağazadan ödəmə terminalı oğurlanıb. Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1985-ci il təvəllüdlü Yarov Zaur Əmirxan oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan və A.Məmmədov küçəsində yerləşən "Zaur" marketdən oğurluq olub. Şikayətçi qeyd edib ki, gecə saatlarında, mağazanın bağlı olduğu vaxtda naməlum şəxs və ya şəxslər qapının dəmir barmaqlıqlarını kəsərək içəri daxil olub. Buradan dəyəri 5 min manat olan MilliÖN ödəniş terminalı götürülüb.
Oğurlanan ödəmə terminalının içində 300 manata yaxın pul olub.
Faktla bağlı araşdırma aparılır.