Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda kütləvi dava olub. 30-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Südçülük savxozu ərazisində bir qrup gənc arasında yaranmış mübahisə münaqişəyə çevrilib. Dava zamanı 2 nəfər bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri aparılır.