Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 25-də Ramana qəsəbəsi Şuşa şəhərciyində iki nəfər naməlum şəxs qəsəbə sakini Pəncalı Cəfərovu döyərək ona məxsus «QAZ-24» markalı avtomobili sürüb aparıblar. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən, həmin şəhərcikdə yaşayan Allahverdi İmanov və qardaşı Murad avtomobillə birlikdə həmin ərazidə tutulublar.
Araşdırmalar davam etdirilir.